Mingəçevirdə 3 yaşlı körpə göldə boğulub

14:35 - 28 Mart 2018 - HADİSƏ

Mingəçevir şəhərində 3 yaşlı körpə göldə boğularaq ölüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.

Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbər xətti