Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

12:39 - 28 Mart 2018 - HADİSƏ

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 10 ədəd sayğac və 2 p.m elektrik kabeli yanıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti