Ana səhifə
14 Noyabr 2018

Akademik Milli Dram Teatrında “Bir, iki – bizimki!” tamaşasının premyerası olub

Martın 27-də Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında məlumat verib. Teatr rəhbəri bildirib ki, “Bir, iki – bizimki!” Azərbaycanın böyük teatr xadimi Abbas Mirzə Şərifzadənin adını daşıyan səhnədə nümayiş olunan ilk tamaşadır: “Yeni yaradılan səhnəmizin qapılarını tamaşaçıların üzünə açmağımızdan kollektiv olaraq çox məmnunuq. Bu səhnədə biz yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyik. Bu gün Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasını təqdim edirik. Martın 19-da isə “Qəribə əhvalat” adında yeni premyeramız olacaq. Bundan sonra bu səhnədə bir-birindən maraqlı tamaşalar mütəmadi olaraq oynanılacaq”.

Daha sonra tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.

Səhnə əsərinin bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.
Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.
Tamaşaçılar tərəfindən alqışlar və böyük maraqla qarşılanan oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Tarix
28 Mart 2018 [19:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin