Ağstafada oğurluğa cəhd edən 28 yaşlı qız saxlanılıb

11:19 - 28 Mart 2018 - HADİSƏ

Ötən gecə Ağstafa rayonunda oğurluğa cəhd edilib.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, saat 05:10 radələrində Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları M.Ə.Rəsulzadə küçəsində yerləşən evdən oğurluğa cəhd göstərən və hadisə yerindən qaçmaq istəyən Ağstafa şəhər sakini 1990-cı Nabat Eyvaz qızını yaxalayıb. Mühafizə polisi gecə saatlarında oğurluq etmək istəyən qızı Ağstafa RPŞ-yə təhvil verib. Araşdırma aparılır.

Xəbər xətti