“Qələbə qazanmaq istəyirdik” - Kamran Ağayev

11:02 - 28 Mart 2018 - İDMAN

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Türkiyənin Antalya şəhərində Makedoniya yığması ilə keçirilmiş yoldaşlıq oyunu barədə fikirlərini bildirib.

O, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Qələbə qazanmaq istəyirdik. Rəqibin bir neçə futbolçusu güclü klublarda çıxış etsə də, vacib olan komanda şəklində bir-birini anlamaq, başa düşməkdi. Bu oyunda hər iki qol penalti zərbəsindən vuruldu. Oyun heç-heçə başa çatsa da, üstün tərəf biz idik. Xüsusilə də, ikinci hissədə onlara real qol epizodu yaratmaq imkanı vermədik. Əvəzində biz yaxşı oynadıq, hətta hesabı artırmağa da yaxın olduq. Yoldaşlıq oyunu olsa belə, meydana ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Çünki oyunun statusundan asılı olmayaraq, ölkəmizi təmsil edirik”.qafqazinfo

Xəbər xətti