Ana səhifə
21 Sentyabr 2018

Dövlət Departamentindən Saakyanın ABŞ-a səfəri ilə bağlı AÇIQLAMA

ABŞ Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə ABŞ Dövlət Departamentindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın bu yaxınlarda Birləşmiş Ştatlara səfərini şərh edərkən deyiblər.

Qeyd olunub ki, Dövlət Departamentinə bu ayın əvvəlində Konqres nümayəndələrinin Dağlıq Qarabağdan gələn şəxslərlə görüşdüyü məlumdur:

"ABŞ, həmçinin Ermənistan daxil olmaqla heç bir ölkə Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və münaqişənin ərazi bütövlüyü çərçivəsində, güc tətbiq edilməməsi, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar yolu ilə nizamlanması üzrə işi davam etdirəcək".

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən B.Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.

Tarix
28 Mart 2018 [10:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin