Qusarda 64 yaşlı kişini elektrik cərəyanı vurub

10:39 - 28 Mart 2018 - HADİSƏ

Hadisə rayonun Aladaş kəndində qeydə alınıb

Qusar rayonunda bədbəxt hadisə baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aladaş kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Qafarov Aydabala Kamal oğlunu elektrik xətlərinə müdaxilə etdiyi zaman elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.

Xəbər xətti