Ana səhifə
19 Sentyabr 2018

Azərbaycan boksçuları Vilnüsdə 7 medal qazanıblar

Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, 13-cü dəfə keçirilən yarışda Azərbaycan millisi 7 medal qazanıb.

Belə ki, bütün rəqiblərinə qalib gələn Nurlan Səfərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Nəbi İsgəndərovla (56 kq) Zaur Musayev (81 kq) gümüş medalla kifayətləndiyi halda, Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nicat Həsənov (69 kq) və Məhəmməd Yusifov (75 kq) üçüncü yeri tutublar.

Yığmamız komanda hesabında 2-ci olub. Millimizi yalnız Rusiya boksçuları qabaqlayıblar.

Tarix
27 Mart 2018 [23:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin