Qobuda "KamAZ" sürücüsü avtomobilinin altında qalaraq ölüb

15:30 - 27 Mart 2018 - HADİSƏ

 "KAMAZ" markalı avtomobil kuzada olan yükün boşaldılması zamanı aşıb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KAMAZ" markalı avtomobil kuzada olan yükün boşaldılması zamanı aşıb. Nəticədə sürücü, 1965-ci il təvəllüdlü Əhmədov Nəriman Qurban oğlu nəqliyyat vasitəsinin altında qalaraq ölüb. Sürücünün cəsədi xilasedicilər tərəfindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Xəbər xətti