Yasamalda bir nəfər dəm qazından boğulub

14:25 - 27 Mart 2018 - HADİSƏ

Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb

Hadisə Nərimanov meydanı ev 9-da qeydə alınıb. Ucnoqta.az  “Ölkə.Az”a istinadən xəbər verir ki, Sultanov Kamran Vahid oğlu yaşadığı mənzilin hamam otağında dəm qazından boğularaq ölüb. 
Onun meyitini evdə olan ailə üzvləri aşkar edib. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. 

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbər xətti