Bakıda avtomobil piyadanı vuraraq öldürüb

12:39 - 27 Mart 2018 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 26-da saat 23.00 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsində Abşeron rayon sakini Vüsal Quliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Məqsəd Heydərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti