Kemerovoda ticarət mərkəzində baş vermiş yanğında 41 uşaq ölüb

12:13 - 27 Mart 2018 - DÜNYA

Siyahı ölənlərin qohumları tərəfindən yaradılmış qərargahda açıqlanıb

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı 41 uşaq ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə zamanı ümumilikdə 64 nəfər həyatını itirib.
Siyahı ölənlərin qohumları tərəfindən yaradılmış qərargahda açıqlanıb.

Qeyd edək ki, Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-də baş verib. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib. Rusiya prezidenti hadisə ilə əlaqədar Kemerovo şəhərinə səfər edib.

Xəbər xətti