Tovuzda kanalın kənarında meyit tapılıb

12:02 - 27 Mart 2018 - HADİSƏ

Meyit aidiyyatı üzrə təhvil verilib

Tovuzda kanalın kənarında meyit tapılıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kənd qəbiristanlığının yaxınlığında baş verib. Gədəbəy rayon sakini, 1956-cı il təvəllüdlü Qurbanov Vilayət Kazım oğlunun meyiti kanalın yaxınlığında aşkarlanıb. Meyit aidiyyatı üzrə təhvil verilib. V. Qurbanovun sərxoş vəziyyətdə kanala yıxılaraq boğulduğu ehtimal olunur.

Xəbər xətti