Ana səhifə
21 Noyabr 2018

Kapital bazarı 40 faiz artıb

2014-cü ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7,36 milyard manat təşkil edib. Bu da, ötən ilin anoloji dövrü ilə müqayisədə 39,9 faiz çoxdur.

Birjadan verilən məlumata görə, əqdlərin 4,06 milyard manatı dövlət qiymətli kağızları bazarında,  3,3 milyard manatı korporativ qiymətli kağızlar bazarında həyata keçirilib.

Əməliyyatların həcmi dövlət qiymətli kağızları bazarında 7,4 faiz azalıb, korporativ qiymətli kağızlar bazarında isə 3,75 dəfə artıb. Korporativ qiymətli kağızlar bazarındakı artımın əsas səbəbi korporativ istiqrazların yerləşdirilməsinin həcminin kəskin artmasıdır. Bu artım da, “Cənub Qaz Dəhlizi” QSC-nin irihəcmli istiqraz buraxılışları ilə bağlıdır.

 

Əfsun

 

Tarix
9 Oktyabr 2014 [21:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin