Pirallahıda yanğın olub

10:32 - 27 Mart 2018 - HADİSƏ

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli (hazırda yaşayış olmayan) 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti