Bu gün Azərbaycan və Makedoniya futbol milliləri qarşılaşacaq

09:16 - 27 Mart 2018 - İDMAN

Bu gün Azərbaycan və Makedoniya futbol milliləri qarşılaşacaq. AFFA-dan Trend-ə verilən məlumata görə, millilər arasında yoldaşlıq görüşü martın 27-də saat 20:00-da Antalyadakı “Mardan” stadionunda start götürəcək. Görüşün baş hakimi Halis Özkahya olacaq. Ona həmyerliləri Kamal Yılmaz və Kərəm Ersoy kömək edəcəklər. Matçın dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Xəbər xətti