Cəlilabadda ağır yol qəzası: traktor minik avtomobili ilə toqquşub

00:33 - 27 Mart 2018 - HADİSƏ

Cəlilabadda ağır yol qəzası baş verib.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, "VAZ" markalı avtomobilin traktorla toqquşması nəticəsində rayonun Ləkin kənd sakini, 1943-cü il təvəllüdlü, Tağı Bağış oğlu Niftəliyev ağır xəsarət alıb.   Dövlətəlibəyli kəndində baş verən qəza zamanı yaralanan T. Niftəliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq , cərrahiyə şöbəsinə yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti