Trampdan Avropa ölkələrinə çağırış

00:10 - 27 Mart 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp bir çox Avropa ölkələrinin liderləri ilə müzakirələr aparıb və onları Rusiya diplomatlarının qovulması kampaniyasına qoşulmağa çağırıb. "Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Radj Şah keçirdiyi brifinqdə bildirib. "Bunlar əlaqələndirilmiş hərəkətlər idi. Prezident bunu bir çox ölkələrin liderləri, bizim avropalı müttəfiqlərimizlə müzakirə etdi və onları ABŞ-ın elanına (diplomatların qovulması barədə elana- red) qoşulmağa çağırdı", - deyə o bildirib. Qeyd edək ki, bu gün Qərb ölkələri, o cümlədən ABŞ Solsberidə zəhərlənmə işi ilə bağlı Rusiya diplomatlarını öz ərazilərindən çıxardıqlarını elan ediblər. Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, rəsmi Kreml bu ölkələrin hər biri barədə cavab tədbirləri görəcək. 

Xəbər xətti