Ana səhifə
14 Noyabr 2018

Britaniya Baş naziri Skripalın səhhətindən danışdı

Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya Skripalın səhhəti barədə danışıb. "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, baş nazir keçmiş kəşfiyyatçının vəziyyətinin kritik olduğunu bildirib. "Sergey və Yuliya Skripal xəstəxanada kritik vəziyyətdədirlər. Təəssüf, həftənin sonunda həkimlər dedilər ki, onların vəziyyəti yaxın vaxtlarda çətin ki, dəyişsin. Ola bilər ki, onlar heç vaxt tamamilə sağalmasın", - deyə baş nazir bildirib. Daha əvvəl Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko qeyd edib ki, Britaniya tərəfi Skripalın ikili vətəndaşlığı ilə əlaqədar onun səhhəti barədə məlumat verməkdən imtina edib.
Tarix
26 Mart 2018 [23:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin