Ana səhifə
20 Sentyabr 2018

Gimnastlarımız Fransada üçüncü oldular

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərində keçirilən ənənəvi Qran-pri yarışlarında çöxnövçülük proqramında bürünc medala sahibləniblər. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 16 ölkənin iştirak etdiyi turnirdə (24-25 mart) Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət qrupumuzun ilk icra etdiyi 3 top - 2 iplə kompozisiya onlara 15.050 xal qazanzdırıb. Növbəti çıxışlarını daha uğurla yerinə yetirən bədii gimnastlarımız 5 halqa ilə kompozisiyaya görə isə hakimlərdən 17.050 xal almağa müvəffəq olublar. Bununla da iki hərəkətin yekununda hesaba 32.100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalaraq fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.
Tarix
26 Mart 2018 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin