Qazaxda avtomobil piyadanı vurub

12:52 - 26 Mart 2018 - HADİSƏ

Qazaxda ölümlə nəticələn yol-nəqliyyat hadisə baş verib.   Ucnoqta.az-ın DİN-in saytına istinadən məlumatına görə, Birinci Şıxlı kəndi ərazisində kənd sakini Ramil İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi Məmməd Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.   Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti