Bu gün Məmmədyarov həlledici görüşünə çıxır

12:36 - 26 Mart 2018 - İDMAN

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin XIII turunun görüşləri keçiriləcək. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək. On bir turdan sonra hər iki qrossmeyster çinli Din Lijenlə birgə 6,5 xalla 3-5-ci yerləri bölüşdürür. Görüşü məğlub başa vuracaq şahmatçı turnirin qalibi olma şansını faktiki olaraq itirəcək. Turun digər görüşləri: Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) Fabiano Karuana (ABŞ) - Levon Aronyan (Ermənistan) Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya) Hazırda turnir cədvəlinə hərəyə 7 xala malik Karyakin və Karuana başçılıq edir. Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Din Lijen hərəyə 6,5 xalla 3-5-ci yerləri bölüşür. Kramnik 5,5 xalla 6-cı, So 5 xalla 7-ci, Aronyan 4 xalla 8-cidir.

Xəbər xətti