Şamaxıda “VAZ-2106” ilə Ford toqquşub

12:12 - 26 Mart 2018 - HADİSƏ

Şamaxıda ağır qəza baş verib.  Ucnoqta.az DİN-in saytına istinadən xəbər verir ki, Mirikənd kəndi ərazisində Şəki rayon sakinləri Rüfət Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı və Nurlan Daşdəmirovun idarə etdiyi “Ford-Transit” markalı avtomobillər toqquşub. Nəticədə R.Əhmədovun sərnişini Röyal Əhmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti