Türkiyə - Malta oyununu azərbaycanlı hakimlər idarə edəcək

11:53 - 26 Mart 2018 - İDMAN

Türkiyə - Malta oyununu azərbaycanlı hakimlər idarə edəcək. Trend-in məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda martın 27-də keçiriləcək Türkiyə – Malta oyununun baş hakimi Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. ADVERTISING facebook.com Learn More Native Video by Adributor Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Xəbər xətti