Dünya birjalarında neft ucuzlaşıb

10:15 - 26 Mart 2018 - İQTİSADİYYAT

Dünya birjalarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar və ya 0,44% azalaraq 65,59 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar və ya 0,21% azalaraq 70,30 dollar təşkil edib.apa

Xəbər xətti