Sumqayıtda avtomobil 17 yaşlı gənci vurub

10:08 - 26 Mart 2018 - HADİSƏ

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, şəhərin 76-cı məhəlləsində yaşayan 2001-ci il təvəllüdlü Əsədov Elmir Əmirxan oğlu Sülh küçəsində yolu keçmək istəyərkən qarşıdan sürətlə gələn avtomobil tərəfindən vurulub. O, dərhal xəstəxanaya çatdırılıb. Hazırda yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. E.Əsədov Bakı şəhər Rabitə və Nəqliyyat Kollecinin ikinci kurs tələbəsidir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti