Göygöldə avtomobil piyadanı vurub

14:07 - 25 Mart 2018 - HADİSƏ

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb.  Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsindən baş verib.   Hələ ki, şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vurub. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.   Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.   Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti