Ağstafa sakini qatarın altında qalıb

10:48 - 25 Mart 2018 - HADİSƏ

Ağstafa sakinini qatar vurub.    Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa Dəmir Yol vağzalında baş verib.   Ehtiyatsızlıq nəticəsində Ağstafa şəhər sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.   Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti