Göygöldə külək hasarı avtomobilin üzərinə aşırıb

10:35 - 25 Mart 2018 - HADİSƏ

Göygöl rayonunda əsən güclü küləyin aşırdığı daş hasar avtomobilin üzərinə düşüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, gecə saatlarında rayon ərazisində əsən güclü külək nəticəsində mişar daşından hörülmüş hasar Göygöy rayon sakini, Abbasov Araz Çingiz oğluna məxsus olan avtomobilin üzərinə aşıb. Nəticədə avtomobillə ciddi ziyan dəyib. Hadisə zamanı sürücü avtomobildə olmadığından o xəsarət almayıb. Hazırda rayon ərazisində küləkli hava şəraiti nisbətən azalsada hələ də davam edir.

Xəbər xətti