Türkmənistanda parlament seçkiləri keçirilir

10:14 - 25 Mart 2018 - DÜNYA

Türkmənistanda parlament seçkilərinə start verilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-da, (Bakı vaxtı ilə saat 6:00-da) açılıb. Səsvermələr yerli vaxtla saat 19:00-dək davam edəcək. Bundan sonra isə səslərin hesablanmasına başlanılacaq. Türkmənistan parlamentinə - Məclisə 125 yer uğrunda partiyalar və vətəndaş qrupları tərəfindən namizədlikləri irəli sürülmüş 284 nəfər mübarizə aparır. Seçkilər birmandatlı dairə üzrə keçirilir.  Deputatlar 5 il müddətinə seçilirlər.

Xəbər xətti