Seçkiləri müşahidə etmək üçün 55 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

15:07 - 24 Mart 2018 - Xəbər

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib.   APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.     M. Pənahov deyib ki, prezident seçkilərini müşahidə etmək üçün MSK-da 969 yerli müşahidəçi qeydiyyatdan keçib.

Xəbər xətti