Bakıda mənzildən külli miqdarda oğurluq olub

13:53 - 24 Mart 2018 - HADİSƏ

Bakıda mənzildən 200 min manat pul və 100 minlik qızıl oğurlanıb.   Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisindəki evlərin birindən 200 000 manat və 100 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş Osman Məmmədov saxlanılıblar.

Xəbər xətti