Gəncədə "Niva" DYP avtomobilinə çırpılıb

12:52 - 24 Mart 2018 - HADİSƏ

Gəncə şəhərində "Niva" markalı avtomobil Dövlət Yol Polisinə (DYP) məxsus avtomobilə çırpılıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Hərəkətdə olan "Niva" idarəetmədən çıxaraq qarşı yolda olan DYP-yə məxsus "BMW"yə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti