Biləsuvar sakini bıçaqlanıb

12:25 - 24 Mart 2018 - HADİSƏ

Biləsuvar rayon sakini bıçaqlanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında qeydə alınıb. 1987-ci il təvəllüdlü Əliyev Fail Höccət oğlu bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunaraq, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti