Bakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırıb

12:09 - 24 Mart 2018 - HADİSƏ

Bakıda güclü külək hündürmərtəbəli binanın üstündəki su çənini aşırıb. Ucnoqta.az ”Report”a istinadən xəbər verir ki, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə düşüb. Hadisə nəticəsində həmin avtomobilə ciddi ziyan dəyib, digər avtomobillərin isə güzgüləri sınıb.

Xəbər xətti