Yekaterinburqda 220 metrlik teleqüllə söküldü 

11:44 - 24 Mart 2018 - Xəbər

Rusiyanın Yekaterinburq şəhərində tikintisi yekunlaşmamış teleqüllə sökülüb. Ucnoqta.az xəbər verir ki, Trend-in məlumatına görə, inşasına sovet dövründə başlanılmış teleqüllə sökülərkən qırıntıların yayılmasının qarşısını almaq üçün tikilinin ətrafına xüsusi tor quraşdırılıb. Söküntü işlərindən əvvəl bir neçə metro stansiyası, küçə bağlanıb, yaxınlıqdakı binaların sakinləri təxliyə olunub. Qeyd edək ki, 220 metrlik qüllənin Rusiyada "Ostankino"dan sonra ikinci ən hündür teleqüllə olacağı planlaşdırılırdı. 1983-cü ildə inşasına başlanılmış teleqüllənin tikintisi 1991-ci ildə maliyyə çatışmazlığı səbəbindən yarımçıq qalıb.

Xəbər xətti