Balakəndə yanğın olub

20:02 - 23 Mart 2018 - HADİSƏ

Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb. Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, rayonun Qasbinə kəndində fermanın ərazisində talvarın altına yığılmış 11 ton ot bağlamasının 6 tonu və yaxınlıqdakı “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti