Lənkəranda çörək bişirən zaman təndirə düşən qadın yanaraq ölüb

17:46 - 23 Mart 2018 - HADİSƏ

Lənkəran rayonunda çörək bişirən zaman təndirə düşən 50 yaşlı qadın yanaraq ölüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Təngivan kəndində baş verib. Belə ki, çörək bişirmək üçün təndir qalayan kənd sakini, 1968-ci il təvəllüdlü Böyükxanım Talıb qızı Əliyevanın yanmış meyiti təndirdə aşkarlanıb. Hazırda polis və prokurorluğun nümayəndələri hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti