AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

12:16 - 23 Mart 2018 - SİYASƏT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının tarixi və gündəliyi açıqlanıb. Qurumun toplantısı aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək. Yaz sessiyasında Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması, Liviyada vəziyyət və Rusiyada prezident seçkiləri üzrə ilhaq edilmiş Krımda keçirilən səsvermənin qanunsuz sayılması və digər məsələlər müzakirə ediləcək. AŞPA-nın sessiyasında Makedoniyanın xarici işlər naziri Nirolya Dimitrov və Lüksenburqun Avropa İttifaqı işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxış edəcək.   Report

Xəbər xətti