Cəlilabadda intihara cəhd - özünü 4-cü mərtəbədən atdı

11:07 - 23 Mart 2018 - HADİSƏ

Cəlilabadda intihara cəhd hadisəsi baş verib.  Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Mirzəli Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, həmin küçə sakini 1986-ci il təvəllüdlü Bəhrəmov Famil Mirəddin oğlu yaşadığı 4 mərtəbəli binadan özünü ataraq, intihara cəhd edib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti