Gəncə şəhərində yanğın hadisəsi baş verib.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 2 otaqlı evin (tikintisi başa çatmamışdır) yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.