ABŞ-da hərbi bazada partlayış: ölən var

09:28 - 23 Mart 2018 - DÜNYA

Kaliforniya ştatında propan qazı ilə dolu sisternlərlə yüklənmiş avtomobil Trevis hərbi bazasının darvazaların sındıraraq içəriyə daxil olub və partlayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı CBS telekanalı yayıb. Qeyd olunur ki, maşın nəzarət - buraxılış məntəqəsini adlıyaraq alışmağa başlayıb. Sürücü yerindəcə keçinib. Başqa heç kim xəsarət almayıb. Polisin verdiyi məlumata görə, sürücü qəzanı bilərəkdən törədib və maşını özü yandırıb. Onun kimliyi artıq məlumdur, lakin istintaq prosessinə manə olmamaq məqsədi ilə açıqlanmır. Hadisənin mümkün səbəbləri arasında terror aktı və intihar variantları var. Araşdırma Federal Tədqiqatlar Bürosu və ABŞ Hərbi Güvvələrinin Xüsusi Araşdırma Şöbəsi tərəfindən aparılır.

Xəbər xətti