Avropa Birliyi Rusiyadakı səfirini geri çağırır

09:05 - 23 Mart 2018 - DÜNYA

Avropa Birliyinin liderlərinin danışıqlarından sonra, birliyin Moskvada olan səfiri Markus Edereranı geri çağırmaq qərarı verilib.  Buna səbəb keçmiş hərbi kəşfiyyatçısı, polkovnik Sergey Skripal və onun qızının İngiltərənin Solsberi şəhərində zəhərlənməsi olub. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsveçin Baş Naziri Stefan Leven, Brüselldə keçirilən AB liderlərinin görüşündən sonra deyib. “Biz AB səfirini Rusiyadan geri çağırmaq qərarına gəldik. Bu addım Böyük Britaniyaya siyası dəstək məqsədi ilə atılıb”, - deyə, o bildirib.

Xəbər xətti