Ana səhifə
22 Aprel 2018

Qaxda 38 yaşlı kişini çaqqal dişləyib

Qaxda 38 yaşlı kişini çaqqal dişləyib.   Bu gün axşam saatlarında rayonun İbaxlı kənd sakini, 1980-cı il təvəllüdlü Xəlil Məhyəddin oğlu Vəliyev sağ qolun bilək nahiyəsinin dişləmə xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.   MRX-dan verilən məlumata görə, müayinə zamanı Xəlil Vəliyevi yaşadığı ünvanda çaqqal dişlədiyi məlum olub. Belə ki, Xəlil Vəliyev yaşadığı ünvanda yerləşdirdiyi tələyə çaqqal düşüb. Xəlil Vəliyev çaqqalı tələdən azad etmək istəyən zaman yırtıcı ona hucum edərək biləyini dişləyib.   Xəlil Vəliyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.Apa
Tarix
23 Mart 2018 [00:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ