Ana səhifə
20 Oktyabr 2018

Məşhur müğənni bp-dən 3 milyon tələb edir

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal BP şirkətinə qarşı qaldırdığı təzminat iddiasının miqdarını artırıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əvvəlcə müğənni 65 min türk lirəsi tələb etsə də, indi məbləğ 3 milyona qaldırılıb. BP isə məhkəmədə qarşı tərəfin iddialarının rəddini tələb edib. Qeyd edək ki, M. Sandalın belə addım atmasının səbəbi 31dekabr 2016-cı ildə bitən reklam müqaviləsindən sonra şəkillərinin şirkət tərəfindən icazəsiz istifadə edilməsidir. O, şirkətlə bağladığı 4 illik müqavilənin nəticəsində 5 milyon 450 min lirə məbləğində pul qazanıb. BP isə müqavilə müddəti bitdikdən sonra müğənninin fotolarından yanacaqdoldurma məntəqələrindəki afişalarda istifadə edib. Hazırda məhkəmə iddianı araşdırır.
Tarix
22 Mart 2018 [21:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin