Sürücülərin nəzərinə: bu yolda xətlənmə işləri aparılacaq
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət avtomobil yolunun 82-110-cu km-lik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.
Bu barədə Trend-ə AAYDA-nin İctimaiyyətə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.
Məlumatda qeyd olunur ki, sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.