Bu şəxslərin vəzifə maaşları artırılıb

12:11 - 22 Mart 2018 - Xəbər

Azərbaycanda olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.   Qərara əsasən, Nazirlər Kabinetinin “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edilib.  Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi. Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.

Xəbər xətti