Ana səhifə
20 Oktyabr 2018

Bu gündən prezidentliyə namizədlər ikinci ilkin maliyyə hesabatını təqdim etməlidirlər

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlər ikinci ilkin maliyyə hesabatını sabahdan etibarən Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Trend-in məlumatına görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri ikinci ilkin maliyyə hesabatını səsvermə gününə ən tezi 20 gün qalanadək, yəni martın 22-dən, ən geci 10 gün qalanadək, yəni aprelin 1-ə dək təqdim etməlidir. Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.
Tarix
22 Mart 2018 [11:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin