Ana səhifə
20 Oktyabr 2018

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir. “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənən həyət Səbayıl rayonu, Abbasqulu Abbaszadə küçəsində 252 ailənin məskunlaşdığı 4 çoxmərtəbəli binanı əhatə etməkdədir. "Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Səbayıl Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 1.8 ha ərazisi olan həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Həyətdə yaradılan böyük şahmat lövhəsi isə sakinlərin, xüsusilə gənclərin böyük marağına səbəb olub. Sakinlərin istək və maraqlarını nəzərə alaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Yeni işıqlandırma sistemi taradılıb, müasir işıq dirəkləri qoyulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib. Bayram münasibəti ilə həyət bəzədilib, böyük səməni, mərkəzdə diametri 5 metrdən çox olan Badamdarın ən böyük xonçası qurulub, bura müxtəlif bayram şirniyyatları düzülüb. Sonra xonçasındakı şirniyyatlar sakinlərə və hərbi hissənin əsgərlərinə paylanıb. Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilmişdir.
Tarix
21 Mart 2018 [23:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin