Ana səhifə
20 Sentyabr 2018

Dəhşətli qəzanın səbəbi bilindi

Bakı-Qazax yolunda dəhşətli qəza avtobus sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib. 

 

Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Ceyhun Axundovun anspress-ə verdiyi məlumata görə, avtobus sürətlə hərəkət edərkən qarşıda gedən yük maşınına çırpılıb.

 

“Avtobus sürətlə hərəkət edərkən qarşıda gedən daş dolu yük maşınını keçmək istəyib. Sürücü sol tərəfdən ötmək istəyərkən avtobus yük maşınına çırpılıb. Avtobusun sürəti çox olduğu üçün qəzanın nəticələri də ağır olub. İki nəfər ölüb. Sürücü özü ağır vəziyyətdədir”, - deyə Ceyhun Axundov bildirib.

 

Sürücü ağır vəziyyətdə olduğu üçün danışa bilmir. Bu səbəbdən də, baş verənlər barədə onun ifadəsi alınmayıb.

 

“Sürücü tamam ayılsın, onun da ifadəsini alacağıq. İlkin ehtimala görə, Vasif Osmanov sükan arxasında yuxulayıb. Ona görə də, idarəetməni itirib”, - deyə Ceyhun Axundov əlavə edib.

 

Xatırladaq ki, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 40 yaxın sərnişinin yarandığı deyilir.

 

Tarix
9 Oktyabr 2014 [16:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin